ABŞ Çinin milli neft şirkətini qara siyahıya salıb
ABŞ milli təhlükəsizliyinə təhdid etdiyinə görə Çinin Milli Dəniz Neft Şirkətini (CNOOC) qara siyahıya salıb.

ABŞ milli təhlükəsizliyinə təhdid etdiyinə görə Çinin Milli Dəniz Neft Şirkətini (CNOOC) qara siyahıya salıb.
ABŞ Ticarət Nazirliyi çinli Skyrizon şirkətini isə hərbi irtibatlı şirkətlər siyahısına daxil etdiyini açıqlayıb.
Nazirliyin bəyanatına görə, hər iki şirkətin də ABŞ-ın milli təhlükəsizliyinə təhdid təşkil etdiyi vurğulanıb.
CNOOC-un Cənubi Çin dənizindəki qonşularına gözdağı verməsinə kömək etdiyinə işarə edilən bəyanatda Skyrizonun isə hərbi təyyarə mühərrikləri kimi məhsullar inkişaf etdirmə qabiliyyətinə sahib olduğu bildirilib.
ABŞ Ticarət Naziri Vilbur Ross mövzu ilə əlaqədar verdiyi bəyanatda Çinin Cənubi Çin dənizindəki düşüncəsiz və təcavüzkar hərəkətləri ilə silahlanma səyləri üçün texnologiya əldə edilməsinə yönəldilmiş təcavüzkar mövqeyinin ABŞ-ın və beynəlxalq birliyin təhlükəsizliyinə təhdid təşkil etdiyini ifadə edib.
Әlaqәli Xәbәrlәr

Türkiyənin daha bir ixrac yük qatarı Çinə istiqamət götürüb
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Türkiyədən Çinə üçüncü ixrac qatarı yola salınıb