Pomidor ixracında rekord artım

Türkiyə keçən il 313 milyon 405 min dollarloq pomidor ixrac edərək rekord qırıb.

1561321
Pomidor ixracında rekord artım

 

Cənub-Şərqi Anadolu İxracatçı Birliklərinin hesabatına görə 2020-ci ildə ən böyük bazar olan Rusiyanın Türkiyədən idxal etdiyi pomidor kvotasını aşağı salmağına və yeni növ koronavirusa baxmayaraq bu məhsulun ixracı 2019-cu ilə müqayisədə rekord seviyyədə artıb. Bunda ixracatçıların Rusiyanın kvota tətbiqi qarşısında Rumıniya, Ukrayna, Belarusiya, Suriya, Almaniya və Polşa kimi fərqli ölkələrə istiqamətlənmələri təsirli olub. Hesabata görə 51 ölkəyə reallaşdırılan pamidor ixracından 313 milyon 405 min dollar gəlir əldə edilib. 2019-cu ildə ixrac həcmi 304 milyon 440 min dollar idi.

Qeyd edək ki, Keçən il ən çox pomidor ixrac edən ölkə 62 milyon 217 min dollar ilə Rusiya olub. Bu ölkəni sırası ilə Rumıniya, Ukrayna və Bolqarıstan izləyib.



Әlaqәli Xәbәrlәr