Antalyada xarici investor sayında rekord artım olub

Keçən il 449 xarici investor Antalyada fəaliyyətə başlayıb.

1559288
Antalyada xarici investor sayında rekord artım olub

Antalya Ticarət və Sənaye Palatası İdarə heyəti Başçısı Çetin mövzu ilə bağlı yazılı açıqlamasında: “yeni növ koronavirus (Kovid-19) epidemiyası dövründə fəaliyyətlərimizi rəqəmsal mühitə köçürərək davam etdiririk. Yeni açılan şirkətlərlə üzv sayımız 49 min 634-ə çatıb. 2020-ci ildə 4 min 605 yeni şirkət qeydiyyata aldıq. Epidemiyaya baxmayaraq xarici investorların Antalya iqtisadiyyatına inamı davam etdir”.

2020-ci ildə Atlalyaya ən çox İrandan investor gəldiyini ifadə edən Çətin indiyədək İran kapitallı 82 şirkətin palatanın qeydiyyatından keçdiyini bu ölkəni 63 şirkətlə Rusiya və 55 yatırımla Almaniyanın izlədiyini vurğulayıb. Xarici investorların əksəriyyətinin inşaat, daşınmaz əmlak, əkinçilik və informatika sahələrində fəaliyyət apardıqlarını sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr