"Türk axını" qaz boru kəmərilə Avropaya 2020-ci ildə 5,8 milyard kubmetr qaz daşınıb
Rusiyanın təbii qazını Türkiyəyə və Türkiyə üzərindən Avropaya ötürən "Türk axını" qaz boru kəmərilə Avropaya 2020-ci ildə 5,8 milyard kubmetr qaz daşınıb.

Rusiyanın təbii qazını Türkiyəyə və Türkiyə üzərindən Avropaya ötürən "Türk axını" qaz boru kəmərilə Avropaya 2020-ci ildə 5,8 milyard kubmetr qaz daşınıb.
"Türk axını" qaz nəqliyyat AŞ "Cənub axını" şirkətinə məxsus Kıyıköydəki qaz qəbulu terminalından aldığı qazı heç bir problem olmadan Bolqarıstandakı İstranca Ölçü və Kompressor Stansiyasına qədər daşıyıb.
Beləliklə, "Türk axını" qaz boru kəmərilə 2020-ci ildə daşınan 5,8 milyard kubmetr təbii qaz Bolqarıstan, Yunanıstan, Makedoniya və Rumıniyadakı istehlakçılara çatdırılıb.
Qeyd edək ki, Rusiyanın Anapa şəhərindən Kıyıköyə qədər uzanan hərəsi 930 kilometr uzunluqdakı iki dəniz xətti ilə 142 və 70 kilometrlik iki ayrı quru xəttindən ibarət olan "Türk axını" 30 dekabr 2019-cu il tarixindən etibarən qaz axınına hazır vəziyyətə gətirildi və rəsmi açılışı Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vlademir Putin tərəfindən 8 yanvar 2020-ci ildə reallaşdırılıb.
Hər bir xətti 15,75 milyard kubmetr olmaqla, cəmi 31,5 milyard kubmetr olan qaz tutumu olan "Türk axını" ilk xətti Türkiyəyə qaz axını təmin edərkən, ikinci xətt üzərindən Neft Daşımaları ilə Neft Daşıma A.Ş. (BOTAŞ) və Qazprom ilə bərabər ortaqlığında qurulan "Türk axını" Qaz Nəqliyyat A.Ş tərəfindən Avropaya daşınır.
Әlaqәli Xәbәrlәr

İlon Mask növbəti dəfə dünyanın ən varlı adamı titulunun sahibi olub
Amerikalı iş adamı İlon Mask növbəti dəfə dünyanın ən varlı adamı, titulunun sahibi olub.