İngiltərə Türkiyə ilə ticarət müqaviləsi imzalayır
İngiltərə Avropa İttifaqı (Aİ) ilə razılaşdıqdan sonrakı ilk sərbəst ticarət müqaviləsini Türkiyə ilə imzalayacağını bildirib.

İngiltərə Ticarət Nazirliyinin açıqlamasında gələn həftə sərbəst ticarət razılaşmasının imzalanacağına diqqət çəkilib.
Qeyd edək ki, 1 yanvar tarixindən etibarən Avropa İttifaqından çıxarılacaq olan İngiltərə, alyansa üzv olduğu dövrdə tərəf olduğu ticarət müqavilələri yeniləyir. Böyük Britaniyanın ticarət naziri Truss açıqlamasında : “Türkiyə ilə imzalanacaq yeni razılaşmanın rüsumsuz ticarətin davamına zəmin yaradmasını və işgüzar münasibətlərə töhfə verməsini arzulayırıq”.
Nazir, razılaşmanın İngiltərədə tekstil, avtomobil və polad sənayesində işləyən minlərlə işçi üçün iş təhlükəsizliyi demək olduğunu sözlərinə əlavə edib.
Әlaqәli Xәbәrlәr

Qızılbalıq ixracında artım qeydə alınıb
2021-ci ilin Yanvar ayında 23 ölkəyə 3 min 980 ton qızılbalıq ixrac edilib.