Fatih Dönmezin yerli litium karbondan istifadə edilməsilə bağlı bəyanatı

Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez yerli texnologiyalardan gözəl xəbərlər almaqda davam edəcəklərini bildirib.

1552948
Fatih Dönmezin yerli litium karbondan istifadə edilməsilə bağlı bəyanatı

Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez yerli texnologiyalardan gözəl xəbərlər almaqda davam edəcəklərini bildirib. 

Nazir Dönmez "Twitter" hesabında litium karbonun istifadəsi sahələrinə həsr olunmuş dair 1 dəqiqəlik video paylaşıb.

Dönmez "İstehsal etdiyimiz #YerliLityum ilə elektirikli nəqliyyat vasitələri, tablet bilgisayarlrda və telefonlar başda olmaqla bütün ağıllı texnologiya batareyalarında nəhəng addımlar atacağıq. Yerli texnologiyalarda gözəl xəbərlər almağa davam edəcəyik" ifadələrini işlədib.

Qeyd edək ki, litium Eskişehir vilayətininn Seyitgazi qəsəbəsinin Kırka Məhəlləsində 100 faiz yerli AR-GE (Araşdırma-inkişaf) ilə təmizlənmiş bor istehsalı zamanı yaranan maye tullantılardan litium istehsal ediləcək. Bu metodla litium istehsalı "Eti Maden" İdarəsinə aiddir və dünyada birincidir.



Әlaqәli Xәbәrlәr