“BMC Otomativ Sənaye və Ticarət” şirkəti Azərbaycana 320 avtobus ixrac edəcək

Türkiyənin  “BMC Otomativ Sənaye və Ticarət” şirkəti Azərbaycana yeni avtobus ixrac edəcək.

1549332
“BMC Otomativ Sənaye və Ticarət” şirkəti Azərbaycana 320 avtobus ixrac edəcək

Türkiyənin  “BMC Otomativ Sənaye və Ticarət” şirkəti Azərbaycana yeni avtobus ixrac edəcək. 

Dekabrın 10-da Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimində bununla bağlı Bakı Nəqliyyat Agentliyi (BNA) ilə “BMC Otomativ Sənaye və Ticarət” şirkəti arasında Anlaşma Protokolu imzalanıb. 

Bundan dərhal sonra isə BMC markalı Neocity 9 metrlik avtobusa sınaq baxışı keçirilməsi məqsədi ilə BNA-nın nümayəndə heyəti İzmir şəhərinə gəlib.

Neocity 9 metrlik avtobuslar geniş manevr imkanlarına malikdir və nisbətən ensiz dar yollarda rahat hərəkət edir. Avtobusun ümumi sərnişin tutumu 72 nəfərdir və fiziki imkanları məhdud şəxslər üçün də əlçatandır. Bu avtobuslar da Avro 6 standartına uyğun ekoloji baxımdan təmiz sıxılmış təbii qaz (CNG) mühərriklidir.



Әlaqәli Xәbәrlәr