"Covid-19"un turizm sektoruna mənfi təsiri

Dünyada turizm sektoru yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbiylə ən pis ilini yaşadı.

1547512
"Covid-19"un turizm sektoruna mənfi təsiri

Dünyada turizm sektoru yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbiylə ən pis ilini yaşadı.

Mərkəzi qərargahı İspaniyanın paytaxtı Madriddə yerləşən BMT Dünya Turizm Təşkilatının məlumatına görə, 2020-ci ilin ilk 10 ayında beynəlxalq səyahət edənlərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 72 faiz azalıb.

"Covid-19" infeksiyası səbəbiylə tətbiq edilən səyahət məhdudiyyətləri və aşağı istehlakçı güvəninin təsirilə cari ilin yanvar-oktyabr dövründə beynəlxalq turist sayının 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 900 milyon azaldığını bildirən təşkilat turizmdəki gəlir itkisinin 935 milyard dollar olduğunu açıqlayıb.

Dünyada turizmin 1990-cı il səviyyəsinə qayıtdığına işarə edən BMT təşkilatı turizmdəki itkinin 2009-cu ildəki qlobal iqtisadi böhranın təsirindən 10 qat daha çox olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr