A. Quttareş: "Dünya son 80 ilin ən ciddi iqtisadi böhranı ilə qarşı-qarşıya qala bilər"

BMT Baş katibi Antonio Quterreş dünyanın son 80 ilin ən ciddi iqtisadi böhranı ilə qarşılaşa biləcəyi barədə xəbərdarlıq edib.

1544257

"Sputnik"-in məlumatına görə, hər il keçirilən Nobel Sülh Mükafatlarının təqdimat mərasiminə videomesaj metodu ilə qtılan Quttereş "Epidemiyanın sosial və iqtisadi təsiri olduqca böyükdür və artmağa davam edir. Heç bir peyvənd ziyanı düzəldə bilməz. "Son səksən ilin ən böyük qlobal tənəzzülü ilə qarşı qarşıyayıq" deyib.

Dünya səviyyəsində həddindən artıq yoxsulluğun artdığını və aclıq təhlükəsinin yaxınlaşdığını bildirən Quterreş ölkələrin koronavirusun yaratdığı problem qarşısında birləşə bilmədiyini vurğulayaraq, “Pandemiya dünyanın ortaq bir düşmənlə qarşı-qarşıya olduğu, digərlərindən fərqli bir böhrandır. Təəssüf ki, hökumətlər bu qlobal təhlükəyə ortaq şəkildə cavab verə bilmədilər”deyə qeyd edib.

Әlaqәli Xәbәrlәr