Türkiyədən yola düşən yük qatarı Gürcüstana çatıb

Dekabrın 4-də İstanbuldan Çinə yola salınan ixrac yük qatarı dekabrın 9-da gecə saatlarında Gürcüstanın Axalkalaki stansiyasına çatıb.

1542319
Türkiyədən yola düşən yük qatarı Gürcüstana çatıb

Dekabrın 4-də İstanbuldan Çinə yola salınan ixrac yük qatarı dekabrın 9-da gecə saatlarında Gürcüstanın Axalkalaki stansiyasına çatıb.

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu yüklərin daha tez çatdırılmasında çox mühüm əhəmiyyətə malikdir.

Bu ilin yanvar-oktyabr aylarında BTQ dəmir yolu xətti ilə 1260 TEU konteyner daşınıb. Bu, illik müqayisədə 371,9 faiz və yaxud 4,7 dəfə çoxdur.

Məlumata görə, qatar Gürcüstandan sonra Azərbaycan və Qazaxıstandan keçməklə Çinin Sian əyalətinə çatacaq. Plana əsasən, qatar 12 gündə 8693 kilometr məsafə qət etməlidir, onun 220 kilometri Gürcüstan ərazisinə düşür.

Qeyd edək ki, Türkiyə istehsalı olan məişət texnikası ilə yüklənmiş 42 konteyner Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə 12 gün ərzində Çinə çatmalıdır.



Әlaqәli Xәbәrlәr