Dünya İqtisadi Forumu Sinqapurda keçiriləcək

Hər il yanvar ayında İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu növbəti dəfə koronavirus pandemiyası səbəbi ilə 13-16 may 2021-ci il tarixində Sinqapurda keçiriləcək.

1541238

Bununla bağlı məlumat Dünya İqtisadi Forumunun açıqlamasında bildirilib.
Açıqlamada 2022-ci ilin illik yığıncağının isə təkrar İsveçrənin Davos şəhərində keçiriləcəyi, Sinqapurda keçiriləcək zirvə yığıncağının detallarının isə daha sonra elan ediləcəyi qeyd olunub. 
Davos zirvəsinə hər il 120-yə yaxın ölkədən 3 min iş adamı, siyasətçi, akademik və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılır.
 
Әlaqәli Xәbәrlәr