Türkiyəyə on ay ərzində gələn turist sayı

Türkiyəyə bu ilin noyabr ayına qədər 13 milyon 652 min 641 turist gəlib.

1532662
Türkiyəyə on ay ərzində gələn turist sayı

Türkiyəyə bu ilin noyabr ayına qədər 13 milyon 652 min 641 turist gəlib.
Mədəniyyət və Turizm Nazirliyinin açıqlamasına görə, bu ilin yanvar-oktyabr aylarında Türkiyəyə 11 milyon 200 min 892 xarici turist gəlib.
Ölkə xaricində yaşayıb yanvar-oktyabr dövründə Türkiyəyə gələn 2 milyon 451 min 749 nəfərin də daxil olması ilə bu ilin ilk 10 ayındaki ziyarətçi sayı 13 milyon 652 min 641 nəfərə çıxıb.
Türkiyəyə yanvar-oktyabr aylarında ən çox turist göndərən ölkə 1 milyon 911 min 264 nəfərlə Rusiya Federasiyası olub.
Müvafiq dövrdə Almaniyadan 1 milyon 37 min 293, Bolqarıstandan 997 min 470 ziyarətçi gəlib. Bolqarıstanı ən çox ziyarətçi göndərən ölkələr sırasında Ukrayna və İngiltərə izləyib.



Әlaqәli Xәbәrlәr