Türkiyə əncir qurusu ixracından 1,5 ayda 70 milyon dollar qazanıb

Bu müddət ərzində ən çox əncir qurusu ixracı 12 milyon dollarla Almaniyaya  reallaşıb.

1527971
Türkiyə əncir qurusu ixracından 1,5 ayda 70 milyon dollar qazanıb

Türkiyə əncir qurusu ixracından 1,5 ayda 70 milyon dollar qazandı.
Ege İxracatçılar Birliyinin məlumatlarına görə, 30 sentyabrda başlayan əncir qurusu ixracat mövsümündə bu günə qədər 81 ölkəyə məhsul göndərilib.
Təxminən 1,5 ayda 18 min 157 ton ixracatdan 70 milyon 220 min dollar gəlir əldə edilib.
Bu müddət ərzində ən çox əncir qurusu ixracı 12 milyon dollarla Almaniyaya  reallaşıb. Bu ölkəni 10,5 milyon dollarla Fransa, 7,4 milyon dollarla İtaliya izləyib.


Etiketlәr: #əncir qurusu

Әlaqәli Xәbәrlәr