Türkiyə 11-ci mövsümdə fındıqdan 21 milyard dollardan çox gəlir əldə edib

Dünyanın fındıq istehsalı və ixracatının böyük bir hissəsini əlində saxlayan Türkiyə 11-ci mövsümdə bu məhsuldan 21 milyard dollardan çox gəlir əldə edib.

1508220

Qara Dəniz Fındıq və Fındıq Məhsulları İxracatçıları Birliyinin (KFMİB) verdiyi məlumatlardan belə qənaətə gəlmək olar ki, Türkiyə 2009-2010-cu illərlə 2019-2020-ci illəri əhatə edən 11 mövsümdə 100-dən çox ölkəyə ümumilikdə 2 milyon 901 min 120 ton fındıq ixrac edib.

Sözügedən dövrdə ölkəyə 21 milyard 352 milyon 472 min dollar xarici valyuta daxil olub.

Çin Xalq Cümhuriyyəti fındıq sahəsində Avropa ölkələrindən sonra Türkiyə üçün əhəmiyyətli bir bazara çevrilib.

Türkiyə Çinə son 11 mövsümdə 44 min 258 ton fındıq sataraq, 356 milyon 496 min 929 dollar gəlir əldə edib.

Son 11 mövsümdə ən çox məhsul ixrac edilən ölkələr isə İtaliya, Almaniya və Fransa olub.

Әlaqәli Xәbәrlәr