TAP boru kəmərinin tikintisi yekunlaşıb

Azərbaycanın "Şahdəniz-2" yatağından təbii qazı Avropaya nəql edəcək Trans-Adriatik Təbii Qaz Boru Kəmərinin (TAP) tikintisi 4 il yarımdan sonra başa çatdı.

1508204
TAP boru kəmərinin tikintisi yekunlaşıb

Azərbaycanın "Şahdəniz-2" yatağından təbii qazı Avropaya nəql edəcək Trans-Adriatik Təbii Qaz Boru Kəmərinin (TAP) tikintisi 4 il yarımdan sonra başa çatdı.

TAP-dan verilən məlumata görə, TAP boru kəməri Yunanıstan-Türkiyə sərhədindən Cənubi İtaliyadakı təbii qazın qəbul terminalına qədər təbii qazla doldurulub.

Azərbaycanın Şahdəniz 2 yatağından çıxarılan qazı Avropaya nəql edəcək TAP Türkiyə-Yunanıstan sərhədində Trans-Anadolu Təbii Qaz Boru Kəmərinə (TANAP) birləşdirilmişdi.

Cənub Qaz Dəhlizinin Avropa qolu olan TAP Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya ildə 10 milyard kubmetr qaz nəql edəcək.

TAP-ın 20 faizə qədərinə BP, SOCAR və Snam nəzarət edirsə, layihədə Fluxys 19 faiz, Enagas 16 faiz, Axpo isə 5 faiz hissəyə sahibdir.

 



Әlaqәli Xәbәrlәr