İstanbuldakı hava limanlarından 9 ayda 30 milyondan çox uçuş reallaşıb

Yanvar-sentyabr dövründə 257 min 69 uçuşun təşkil edildiyi İstanbul hava limanlarında 30 milyon 443 min 701 sərnişin qonaq edilib.

1507437

Dövlət Hava Limanları İdarəsi (DHMİ) Baş Direktorluğunun məlumatına görə, ilin ilk doqquz ayında Atatürk Hava Limanına cəmi 26 min 934 gəliş-gediş uçuş reallaşıb.
Bu dövrdə təşkil olunan səyahətlərin 7 min 458-i daxili, 19 min 476-sı beynəlxalq xətt üzrə həyata keçirilib.
Yanvar-sentyabr ayları arasında Sabiha Gökçen Hava limanında 90 min 564 uçuş həyata keçirilib. Bu hava limanından 59 min 850 daxili uçuş və 30 min 714 beynəlxalq uçuş reallaşıb.
Yanvar-sentyabr aylarında İstanbul Hava Limanında 45 min 911 daxili xətt və 93 min 660 beynəlxalq uçuş həyata keçirilib. Bu dövrdə cəmi 139 min 571 uçuş təşkil edilib.
İlin ilk doqquz ayı ərzində İstanbulda hava limanlarından daxili xətt üzrə 113 min 219, beynəlxalq xətt üzrə 143 min 850 ümumilikdə 257 min 69 uçuş həyata keçirilib.

Әlaqәli Xәbәrlәr