"Turkish Cargo"da rekord inkişaf qeydə alınıb

Türk Hava Yollarının (THY) yük daşıma markası olan "Turkish Cargo" ilin ilk yarısındakı xüsusi yük daşımalarında 67 faiz inkişaf edib.

1494579
"Turkish Cargo"da rekord inkişaf qeydə alınıb

Türk Hava Yollarının (THY) yük daşıma markası olan "Turkish Cargo" ilin ilk yarısındakı xüsusi yük daşımalarında 67 faiz inkişaf edib.
Yeni növ koronavirus (Covid-19) epidemiyası bir çox hava yolu şirkətinə mənfi təsir edib.
Bu prosesdə rekord səviyyədə böyüyən "Turkish Cargo" ilin ilk yarısında hər 20 hava yükündən birini daşıyıb.
Xüsusi yük daşımalarında 67 faiz böyüyən "Turkish Cargo" dünya bazarındakı payını 3,9 faizdən 5,4 faizə qaldırıb.
"Turkish Cargo" epidemiya dövründə Türkiyənin bütün dünyaya göstərdiyi köməkliklərdə də böyük rol oynayıb.
Fevral-sentyabr ayları arasında dünyanın hər yerinə təxminən 30 min ton dərman və 10 min tona yaxın tibbi avadanlıq daşınıb.



Әlaqәli Xәbәrlәr