Antalyada turist sayı iki milyona yaxınlaşıb

Yeni növ koronavirus (Covid-19) infeksiyası tədbirləri çərçivəsində sağlam turizm xidmətləri təqdim edən Antalyaya cari ilin əvvəlindən 10 sentyabr tarixinədək 1 milyon 883 min 903 xarici turist gəlib.

1489652

Dünyanın əhəmiyyətli turizm yerlərindən biri olan şəhərdə iyul ayından bəri turizm sahəsində fəallıq müşahidə olunur.
Mədəniyyət və Turizm Nazirliyinin koordinasiyası ilə "Covid-19" epidemiyası müddətində başladılan "Təhlükəsiz Turizm Sertifikatlaşdırma Proqramı" çərçivəsində etibarlı və sağlam turizm xidmətlərinin təqdim olunduğu Antaliyada xüsusilə avqust və sentyabr aylarında turist fəallığı artıb.
"Turizmin paytaxtı" Antalyaya 1 yanvar-10 sentyabr dövründə 1 milyon 883 min 903 xarici turist gəlib. 
İlk yerdə əsas bazar Rusiya, ikincisi yərdə Ukrayna, üçüncü yerdə isə Almaniya qərarlaşıb. 

Әlaqәli Xәbәrlәr