Ruhsar Pekcan: ‘‘Türkiyә ilә Azәrbaycan arasındakı ticarәt hәcmini artırmaq istәyirik’’

Türkiyәnin ticarәt naziri Ruhsar Pekcan Azәrbaycan ilә ticarәt hәcmini artırmaq istәdiklәrini bildirib.

1488958
Ruhsar Pekcan: ‘‘Türkiyә ilә Azәrbaycan arasındakı ticarәt hәcmini artırmaq istәyirik’’

 

Türkiyәnin ticarәt naziri Ruhsar Pekcan Azәrbaycan ilә ticarәt hәcmini artırmaq istәdiklәrini bildirib.

Ticarәt Nazirliyindәn verilәn açıqlamaya görә, Pekcan Türkiyәdә sәfәrdә olan Azәrbaycan Milli Mәclisinin sәdri Sahibә Qafarova ilә görüşüb.

Azərbaycan parlament nümayəndə heyətini Türkiyədə salamlamaqdan məmnunluq duyduğunu deyən nazir Ruhsar Pekcan qeyd edib ki, hədəfimiz Azərbaycanla Sərbəst Ticarət Anlaşması imzalamaqdır. 

Türkiyә vә Azәrbaycanın dost vә qardaş ölkәlәr  olduğunu diqqәtә çatdıran Pekcan hәmçinin bildirib ki,  2020-ci ilin 25 fevral tarixindә keçirilәn Yüksәk Sәviyyәli Strateji Әmәkdaşlıq Şurasının iclasında Azәrbaycanla Preferensial Ticarәt müqavilәsi imzaladıq.

Görüşdә iki ölkә arasındakı ticarәt münasibәtlәrinә toxunan Azәrbaycan Milli Mәclisinin sәdri Sahibә Qafarova da  qarşılıqlı әmәkdaşlıq vә birgә sәylәrlә mövcud ticarәt hәcmini artırmağa çalışdıqlarını bildirib.

 



Әlaqәli Xәbәrlәr