Türkiyənin "Aselsan" şirkəti Qazaxıstanda tənəffüs cihazı istehsal edəcək
Türkiyənin Hərbi Elektron Sənayesi (Aselsan) şirkəti Qazaxıstandakı 300 səhiyyə təşkilatı üçün 1500 tənəffüs cihazı istehsal edəcək.
Türkiyənin Hərbi Elektron Sənayesi (Aselsan) şirkəti Qazaxıstandakı 300 səhiyyə təşkilatı üçün 1500 tənəffüs cihazı istehsal edəcək.
Qazaxıstanın "Aselsan Engineering"in (KAE) baş direktoru Ziya Çamoğlu verdiyi açıqlamada Qazaxıstan Səhiyyə Nazirliyi ilə 1500 tənəffüs cihazı istehsalı üçün müqavilə imzaladıqlarını bildirərək, "243 şəhər və ya rayondakı təxminən 300 səhiyyə müəssisəsinə çatdıracağıq, təlim verəcəyik və cihazları istifadəyə hazır vəziyyətə gətirəcəyik" deyib.
Qazaxıstanda ilk dəfə belə bir yüksək texnoloji cihazın istehsal olunduğunu bildirən Çamoğlu cihazların tədarükünü sentyabr və oktyabr aylarında tamamlayacaqlarını və şirkətin mövcud tutumu ilə hər zaman ölkənin ehtiyaclarını ödəməyə hazır olduqlarını bildirib.
Qazaxıstan üçün digər tibbi cihazların istehsalını da istədiklərini qeyd edən Çamoğlu bu cihazları ölkənin ehtiyaclarını ödəyəcəyini, daha sonra isə başqa ölkələrə ixrac edə biləcəklərini söyləyib.
"Aselsan" və Qazaxıstan "Engineering" şirkətinin əməkdaşlığı ilə qurulan KAE Qazaxıstan ordusunun müdafiə sənayesi sahəsindəki ehtiyaclarını ödəyir.
Әlaqәli Xәbәrlәr
Fındıq ixracında artım qeydə alınıb
Türkiyə cari ilin ilk 11 ayında fındıq ixracından 2,3 milyard dollardan çox gəlir əldə edib.
Alman turistlərin seçimi Türkiyə oldu
Türkiyə gələn yay alman turistlər üçün 'ən çox üstünlük verilən' ölkə oldu.