Türkiyənin sitrus meyvə ixracında artım qeydə alınıb

Sitrus meyvələri ixracı 8 ayda 340 milyon dollar olub.

1485130
Türkiyənin sitrus meyvə ixracında artım qeydə alınıb

Sitrus meyvələri ixracı 8 ayda 340 milyon dollar olub.
Aralıq dənizi Təzə Meyvə və Tərəvəz İxracatçıları Birliyinin prezidenti Nejdat Sin verdiyi açıqlamada sitrus meyvələrinin təzə meyvə və tərəvəz ixracında ən əhəmiyyətli məhsul qrupunu təşkil etdiyini bildirib.
Birlik olaraq Türkiyənin sitrus meyvələri ixracatının 77 faizini reallaşdırdıqlarını bildirən Nejdat Sin "Sitrus meyvələrində 8 ayda 666 min ton məhsul ixrac edərək Türkiyəyə 339,8 milyon dollar valyuta qazanırıq" deyib.
Sitrus meyvələrində keçən ilin müvafiq dövrü ilə müqayisədə  32 faiz artım olduğunu ifadə edən Sin:
"Ən çox sitrus meyvəsi ixrac etdiyimiz ölkələrə nəzər saldıqda;  Rusiya 119,4 milyon dollarla birinci, Ukrayna 33,4 milyon dollarla ikinci, İraq 32,4 milyon dollarla üçüncü yeri tutub. Sitrus meyə ixracında ən çox artım qeydə alınan ölkələr sırasında birinci yeri 539 faiz artım və 3,6 milyon dollar ilə İtaliya tutub. Bu ölkəni 212 faiz artım və 4,1 milyon dollarla Belarus, 197 faiz artım və 18 milyon dollarla Polşa izləyib.



Әlaqәli Xәbәrlәr