Türk iqtisadçı Ceyla Pazarbaşıoğlu BVF-də vəzifə icra edəcək

Türk iqtisadçı Ceyla Pazarbaşıoğlu Beynəlxalq Valyuta Fondunun (BVF) Strategiya, Siyasət və  Nəzarət Departamentinin rəhbəri təyin edilib.

1479402
Türk iqtisadçı Ceyla Pazarbaşıoğlu BVF-də vəzifə icra edəcək

Türk iqtisadçı Ceyla Pazarbaşıoğlu Beynəlxalq Valyuta Fondunun (BVF) Strategiya, Siyasət və  Nəzarət Departamentinin rəhbəri təyin edilib.
BVF-nin verdiyi açıqlamada, hələ də Dünya Bankının ədalətli inkişaf, maliyyə və qurumlar üzrə vitse-prezidenti vəzifəsini icra edən Pazarbaşıoğlunun yeni vəzifəsini sentyabrın 15-də təhvil alacağı bildirilib.
BVFTəyinatla əlaqədar verdiyi açıqlamada BVF-nin rəhbəri Kristalina Georgieva Pazarbaşıoğlunun yenidən BVF komandasına qoşulmasından məmnun olduğunu bildirib.
Pazarbaşıoğlunu "bir intellektual lider" olaraq xarakterizə edən Georgieva xüsusən inkişaf etməkdə olan bazar iqtisadiyyatı və aşağı gəlirli ölkələrdə insanlara kömək edəcək siyasətlərin hazırlanmasında əhəmiyyətli bir təcrübəyə və "əla" idarəetmə bacarığına sahib olduğunu qeyd edib.
Dünya Bankı Qrupunaqoşulmadan əvvəl Ceyla Pazarbaşıoğlu 23 il BVF-də işləyib və Fondun Pul və Kapital Bazarları Bölməsinin vitse-prezidenti vəzifəsinə təyin olunub.



Әlaqәli Xәbәrlәr