Türkiyənin İran və Rusiyadan qaz idxalında azalma olub

Qaz idxalı bu ilin yanvar-iyun dövründə 2019-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,5 azalaraq 22 milyard 483 milyon 46 min kubmetr təşkil edib.

1478210
Türkiyənin İran və Rusiyadan qaz idxalında azalma olub

Türkiyənin cəmi təbii qaz idxalı bu ilin yanvar-iyun dövründə 2019-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,5 azalaraq 22 milyard 483 milyon 46 min kubmetr təşkil edib.
Türkiyə bu ilin ilk yarısında bəzi ölkələr arasında ən yüksək təbii qazı 5 milyard 444 milyon 99 min kubmetrlə Azərbaycandan idxal edib. Bu ölkədən alınan qazın miqdarı ötən illə müqayisədə 23,4 faiz artıb. Bunun artmasında Trans Anadolu Qaz Kəmərindən (TANAP) gələn qaz miqdarının artması amil olub.
Digər tərəfdən, eyni dövrdə Rusiyadan idxal olunan qazın miqdarı 41,5 faiz azalaraq 4 milyard 678 milyon 66 min kubmetrə çatıb. Ötən ilin eyni dövründə Rusiyadan 7 milyard 993 milyon 86 min kubmetr qaz idxal edilib və Rusiya ən çox idxal reallaşdırılan ölkə olub.
İlin birinci yarısında İrandan idxal edilən təbii qazın miqdarı 46 faiz azalaraq 2 milyard 29 milyon kubmetr səviyyəsinə enib. Aprel, may və iyun aylarında İrandan təbii qaz idxal edilməyib.



Әlaqәli Xәbәrlәr