"Kəşf edilən qazın iqtisadi dəyəri 65 milyard dollar olacaq"

Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez Kəşf edilən qazın iqtisadi dəyərinin 65 milyard dollar olacağını bildirib.

1477172
"Kəşf edilən qazın iqtisadi dəyəri 65 milyard dollar olacaq"

"Kəşf edilən qazın iqtisadi dəyərinin (Qara dənizdə kəşf edilmiş 320 milyard kubmetr ehtiyat) 65 milyard dollar olacağını söyləyə bilərik".
Bunu Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez iştirak bir televiziya proqramında deyib.
Qara dəniz bölgəsində kəşf edildiyi bölgədəki seysmik tədqiqat işlərinin təxminən 14 ay əvvəl başladığını söyləyən nazir Dönmez ehtiyatın iqtisadi dəyəri ilə əlaqədar bildirib:
"Növbəti qaz və neft qiymətlərini bilmədən gələcəyi proqnozlaşdırmaq çətindir. Dünyadakı qaz qiymətləri qlobal miqyasda neftə əsaslanır. Geriyə baxsaq, bu qazın iqtisadi dəyərinin 65 milyard dollar olacağını söyləyə bilərik".
Türkiyənin illik təbii qaz istehlakının 45-50 milyard kubmetr olduğuna işarə edən nazir "Heç bir yerdən qaynaq almayacağımız təqdirdə bu qas ehtiyatı ölkəmizin 7-8 illik ehtiyacını ödəyəcək. Əlbəttə ki, kəşflər davam edəcək, bəlkə bu miqdar daha da artacaq" ifadəsini işlədib.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan avqustun 21-də etdiyi şərhdə "Türkiyə tarixində Qara dənizdə ən böyük qaz kəşfini həyata keçirdi. "Fatih" qazma gəmimiz, 20 iyul 2020 tarixində başladığı "Tuna-1" yatağının qazma işlərində 320 milyard kubmetr təbii qaz ehtiyatı kəşf edib" deyib.



Әlaqәli Xәbәrlәr