Türkiyənin ləl-cəvahirat ixracatı

Ləl-cəvahirat İxracatçıları Birliyindən (Mücevher İhracatçıları Birliği) verilən məlumata görə

1471664
Türkiyənin ləl-cəvahirat ixracatı

 

  Türkiyənin ləl-cəvahirat ixracatı bu ilin yanvar-iyul dövründə 3,3 milyard dollara yaxınlaşıb.

  Ləl-cəvahirat İxracatçıları Birliyindən (Mücevher İhracatçıları Birliği) verilən məlumata görə, 7 aylıq ixracat 3 milyard 278 milyon dollarlıq olub. Təkcə iyulda 490 milyon dollarlıq ləl-cəvahirat ixracatı reallaşıb.

  İlin 7 ayındakı ləl-cəvahirat ixracatında ən yüksək pay 1,53 milyard dollarla "Qızıl məmulatından ləl-cəvahirat və zərgər işi" qrupuna düşüb. Ondan sonra 57 faizlik artımla 1 milyard 516 milyon dollarlıq ixracata çatan "İşlənməmiş və ya yarı işlənmiş qızıl" qrupu gəlib.

  Yanvar-iyul dövründə "Qızıl məmulatından ləl-cəvahirat və zərgər işi" qrupundan ən çox ixracat 473 milyon dollar qarşılığında İraq, 239 milyon dollarla Birləşmiş Ərəb Əmirlikləri və 186 milyon dollarla Almaniyaya olub.

  Külçə, yəni "İşlənməmiş və ya yarı işlənmiş qızıl" qrupundan isə ən çox ixracat 845 milyon dollar qarşılığında İngiltərə, 447 milyon dollarla Amerika və 98 milyon dollarla İsveçrəyə reallaşıb.



Әlaqәli Xәbәrlәr