Türkiyədə ötən ay ixracatını ən yüksək faizlə artıran sektor

Türkiyə gəmi və yaxta sektoru iyul ayı ərzində xarici satışlarını 59,5 faiz artırıb.

1470699
Türkiyədə ötən ay ixracatını ən yüksək faizlə artıran sektor

Türkiyədə gəmi və yaxta sektoru iyul ayı ərzində xarici satışlarda 59,5 faiz artaraq 141 milyon dollara yaxın rəqəmlə "ötən ay ixracatını ən yüksək faizlə artıran sektor" adını qazanıb.

Türkiyə İxracatçıları Məclisi (TİM) ve Uludağ İxracatçı Birliklərinin tərtib etdiyi hesabata görə, sektorun yanvar-iyul aylarındakı xarici satışları ötən ilin eyni dövrü ilə müqayisədə 10,70 faiz artaraq 641 milyon dollara yüksəlib. Ölkələr üzrə rəqəmlərə nəzər salsaq gəmi və yaxta sektoru ixracatının 3-də birindən çoxu əsas bazar olan Norveçə edilib.

Sözü gedən ölkəyə iyul ayında həyata keçirilən ixracat ötən ilin eyni dövrü ilə müqayisədə 580 artaraq 52 milyon 414 min dollara yüksəlib.



Әlaqәli Xәbәrlәr