Ərdoğan yerli və milli ilk elektrikli ekskavatoru sürərək sınaqdan keçirdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Elm və Texnologiya Araşdırma Təşkilatının (TÜBİTAK) dəstəyiylə inkişaf etdirilən yerli və milli ilk elektrikli ekskavatoru sürərək sınaqdan keçirdi

1469794
Ərdoğan yerli və milli ilk elektrikli ekskavatoru sürərək sınaqdan keçirdi

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Elm və Texnologiya Araşdırma Təşkilatının (TÜBİTAK) dəstəyiylə inkişaf etdirilən yerli və milli ilk elektrikli ekskavatoru sürərək sınaqdan keçirdi.

  Kocaeli rayonunun Gebze qəsəbəsindəki TÜBİTAK Mükəmməllik Mərkəzinin açılış mərasimində ölkə başçısı ilə sənaye və texnologiya naziri Mustafa Varank da iştirak ediblər.

  Ərdoğan 2016-cı ildə layihəsinə start verilən yerli istehsal - elektrikli eskkavatoru sınaqdan keçirib.

  TÜBİTAK-ın dəstəyiylə reallaşan elektrikli ekskavator 2021-ci ilin sonundan ardıcıl olaraq istehsala başlayacaq. Səssiz çalışan elektrikli vasitə, xüsusilə şəhər içində narahatlıq yaratmadan hərəkət edəcək. 3,5 saatlıq elektrik yüklənmədən sonra ekskavator 8 saat fasiləsiz gedə biləcək.

  Mərasimdə sənaye və texnologiya naziri M.Varank sözügedən mövzu ilə bağlı çıxış edərək deyib: "2023-ə gedən yolda özümüzə konkret hədəflər təyin etmişik. Milli gəlirdə emal sənayesi payını 21, Ar-Ge xərclərini 1,8 faizə, bu sahədə çalışanların sayını isə 200 min nəfərə çıxaracağıq".



Әlaqәli Xәbәrlәr