Trabzondan 54 ölkəyə fındıq ixrac edilib

1 milyard 137 milyon 749 min dollarlıq fındıq ixracatının 444 milyon 690 min 128 dollarlıq hissəsi Trabzondakı firmaların payına düşür.

1468230
Trabzondan 54 ölkəyə fındıq ixrac edilib

Türkiyənin yanvar-iyul ayları ərzində reallaşdırdığı 1 milyard 137 milyon 749 min dollarlıq fındıq ixracatının 444 milyon 690 min 128 dollarlıq hissəsi Trabzondakı firmaların payına düşür.

Şərqi Qaradəniz İxracatçıları Birliyindən verilən məlumata görə, Türkiyə bu ilin 7 ayı ərzində 163 min 434 ton fındıq ixracatın nəticəsində 1 milyard 137 milyon 749 min dollar gəlir əldə edib.

Bu müddətdə Trabzonda yerləşən firmalar, 62 min 923 ton fındıq ixracatı qarşılığında ölkənin 444 milyon 690 min 128 dollar gəlir əldə etməsinə nail olub.

Bununla da, ümumi fındıq ixracatının 39 faizini Trabzon həyata keçirib. Müvafiq müddət ərzində şəhərdən həyata keçirilən fındıq ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz çoxdur.

Trabzondan fındıq ixrac edilən ölkələrin sayı 54-ə çatıb.

Ən çox fındıq satılan ölkələr İtaliya, Almaniya və Kanadadır.



Әlaqәli Xәbәrlәr