Kahramanmaraş misgərlərinin əl işləri Orta Şərq və Balkanlardan Amerikaya qədər ixrac edilir

Ənənəvi əl sənətləri arasında yer alan misgərlik bir əsrdən artıqdır Kahramanmaraşda köklü dədə-baba sənəti kimi ömür sürür

1467582
Kahramanmaraş misgərlərinin əl işləri Orta Şərq və Balkanlardan Amerikaya qədər ixrac edilir

 

  Türkiyənin Kahramanmaraş ustalarının ənənəvi üsullarla əldə etdikləri mis məhsullar, başda Orta Şərq və Balkan ölkələri olmaqla, İran və Amerikaya qədər ixrac edilir.

  Ənənəvi əl sənətləri arasında yer alan misgərlik bir əsrdən artıqdır Kahramanmaraşda köklü dədə-baba sənəti kimi ömür sürür.

  Misgərlərin əl əməyi və göz nuruyla tək-tək işləyərək yaratdıqları məhsullar həm ölkə içi, həm xaricinə satılır. Bir-birindən qiymətli, müxtəlif motivlərlə bəzənmiş mis qazan, qab-qacaq, qəhvədan dəstləri, paşa manqalları, dolçalar, nimçələr hər kəsin marağını çəkir və sevə-sevə alınır.



Әlaqәli Xәbәrlәr