Polşa Rusiya və ortaqlarını “Şimal Axını-2”yə görə cərimə etdi

UOKİK Rusiya qazını Baltik dənizindən Ukrayna və Polşa kimi Şərq Bloku ölkələri nəzərə alınmamaqla Almaniyaya daşıyacaq təbii qaz xəttinin istehsalı ilə bağlı məhkəmənin “Qazprom”a qarşı verdiyi qərarı ictimaiyyətlə paylaşıb

1466389
Polşa Rusiya və ortaqlarını “Şimal Axını-2”yə görə cərimə etdi

 

  Polşa Rəqabət və İstehlakçını Qoruma Mərkəzinin (UOKİK) “Şimal Axını-2” Təbii Qaz Boru Xəttinin inşasına dair qaldırdığı iddiaya əsasən, Rusiyanın “Qazprom” enerji şirkəti üçün əməkdaşlıq etməməkdə təqsirli bilinərək təxminən 50 milyon avro cəza kəsilməsilə bağlı qərar alınıb.

  UOKİK Rusiya qazını Baltik dənizindən Ukrayna və Polşa kimi Şərq Bloku ölkələri nəzərə alınmamaqla Almaniyaya daşıyacaq təbii qaz xəttinin istehsalı ilə bağlı məhkəmənin “Qazprom”a qarşı verdiyi qərarı ictimaiyyətlə paylaşıb. Məlumatda bildirilir ki, “Qazprom” və layihədə iştirak edən 5 beynəlxalq enerji şirkətinə təxminən 50 milyon avroluq pul cəzası kəsilib.

  Qeyd edək ki, Polşa hökuməti “Şimal Axını-2” layihəsinin Avropa İttifaqını Rusiyadan asılı edəcəyi, Avropanın enerji təhlükəsizliyini təhdid edəcəyi və qaz tədarükü sahəsində rəqabəti zəiflədəcəyini əsas gətirərək bu təbii qaz xəttinə əvvəldən qarşı çıxdığını bildirib və onun inşası ilə əlaqədar Rusiya tərəfini əməkdaşlığa yanaşmadığı üçün məhkəməyə vermişdi.

  UOKİK-in rəhbəri Tomaş Xrostnı (Tomasz Chrostny) qurumun internet saytında bildirib: “İlin əvvəlindən “Qazprom”dan sözügedən mövzu ilə əlaqədar layihənin inşasını maliyyələşdirən ortaqların müqavilələrini tələb etdik. Rusiya tərəfi əməkdaşlığa biganə yanaşdı. “Qazprom”un tələb edilən sənədləri paylaşma öhdəliyi var. Aİ-nin bir üzvü kimi Polşa qanunlar pozuntusuna qaydalar çərçivəsində maliyyə sanksiyaları tətbiq edə bilər… “Qazprom” qəsdli hərəkətlər etdi, əməkdaşlıqdan qaçdı, davam edən məhkəmə prosesinə maneə törətməyə çalışdı, buna görə də ona ən yüksək pul cəzası kəsilməsinə səbəb oldu”.



Әlaqәli Xәbәrlәr