Lüks yaxta istehsalında dünya markası olan Antaliya və istehsal həcmi

Antaliya Sərbəst Bölgə İşlətmə və Sərmayə Anonim Şirkətinin (ASBAŞ) baş direktoru Zeki Gürses bölgədə 56-sı yerli sərmayəli 83 firmanın fəaliyyət göstərdiyini, bunların 45-inin yaxta sektorunda olduğunu söyləyərək deyib..

1466394
Lüks yaxta istehsalında dünya markası olan Antaliya və istehsal həcmi

 

  Lüks yaxta istehsalında dünya markası olan Antaliya Sərbəst Bölgəsində 2000-ci ildən bu yana satış dəyəri 1,2 milyard dollara çatan 460 yaxta istehsal edilib.

  Antaliya Sərbəst Bölgə İşlətmə və Sərmayə Anonim Şirkətinin (ASBAŞ) baş direktoru Zeki Gürses bölgədə 56-sı yerli sərmayəli 83 firmanın fəaliyyət göstərdiyini, bunların 45-inin yaxta sektorunda olduğunu söyləyərək deyib: “Bölgədə 2000-ci illərdən başlayan yaxta istehsalı bu gün Antaliyanı marka edib. 2019-cu ilin sonunadək 442 yaxta istehsal olunmuşdusa, bu il iyunun axırına kimi daha 18 yaxta əlavə edilib və ümumi say 460 olub. Bu yaxtaların ümumi satış dəyəri təxminən 1,2 milyard dollardır.

  Bu il korona virusu (Covid-19) probleminə baxmayaraq, yaxta sifarişində artım var. Antaliyadakı firmalar İtaliyadan İngiltərə, Amerika Birləşmiş Ştatları, Rusiya, Hollandiya, Birləşmiş Ərəb Əmirliklərinə qədər bir çox ölkədən sifariş alıb. Dünyada yaxta istehsalında İtaliya bir, Hollandiya iki, Türkiyə isə üçüncü sıradadır. Bununla belə, biz hətta İtaliya və Hollandiyaya belə yaxta satırıq… Türkiyə Qətər və Oman başda olmaqla bir neçə ölkəyə sahil təhlükəsizlik qayıqları da ixrac edir”.



Әlaqәli Xәbәrlәr