Avropa İttifaqı (Aİ) iqtisadiyyatı ilin ikinci rübündə azalıb

Avropa İttifaqı (Aİ) iqtisadiyyatı yeni növ koronavirus (Covid-19) infeksiyası səbəbindən bu ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 11,9 faiz azalıb.

1465305

Avropa Statistika İdarəsi (Eurostat) Aİ və Avrozonanın 2020-ci ildə ikinci rüb artım templərinə dair aparıcı məlumatları açıqlayıb.
Buna görə, 19 üzvlü Avrozonada mövsümi olaraq tənzimlənən ümumi daxili məhsul (ÜDM) 2020-ci ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 12,1 faiz azalıb.
Avrozonada ÜDM 2020-ci ilin ikinci rübündə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 15 faiz azalıb.
Aİ-də mövsümi olaraq tənzimlənən ÜDM bu ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə 11,9 faiz, 2019-cu ilin ikinci rübü ilə müqayisədə 14,4 faiz azalma müşahidə olunub.
İkinci rübdə birinci rüblə müqayisədə ÜDM İspaniyada 18,5, Fransada 13.8, İtaliyada 12.4, Almaniyada 10.1, Belçikada 12,2, Avstriyada 10,7, Portuqaliyada 14,1 düşüb.
Beləliklə, Aİ və Avrozonada sözügedən böyümə məlumatlarının ölçülməsinə başlandığı 1995-ci ildən bu yana ən ciddi eniş qeydə alınıb.
Digər tərəfdən, iqtisadiyyat birinci rübdə Avrozona 3,6 faiz, Aİ isə 3,2 azalmışdı.

Әlaqәli Xәbәrlәr