ATOR Türkiyəyə tətil paketi satışları barədə açıqlama verdi

ATOR səyahət agentliklərinin Türkiyədə üçün tətil paketi satışlarını başlatdığını açıqlayıb.

1461539
ATOR Türkiyəyə tətil paketi satışları barədə açıqlama verdi
rus turistlerin tercihi Türkiye.jpg
rus turistler.jpg
rus turistlerin  tatil tercihleri türkiye.jpg
rus turist.jpg

Rusiya Səyahət Agentlikləri Birliyi (ATOR) Türkiyə ilə Rusiya arasındakı uçuşların yenidən başlaması qərarı alındıqdan sonra, səyahət agentliklərinin Türkiyədə üçün tətil paketi satışlarını başlatdığını açıqlayıb.
Birliyin açıqlamasında yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbiylə dayandırılan uçuşların 4 ay davam edən fasilədən sonra 1 avqustda Türkiyə ilə yenidən başladılacağına diqqət çəkilib.
Qərardan sonra Rusiya tur şirkətlərinin də Türkiyəyə səyahət satışlarına başladığı vurğulanan açıqlamada "1 avqust tarixindən etibarən İstanbulla əlaqəli turların satışına başlanılır və 10 avqustdan etibarən Antalya reysləri ilə birbaşa satışlar həyata keçirilir" ifadəsi yer alıb. Açıqlamada tur qiymətlərinin "cəlbedici səviyyələrdə" olduğu vurğulanıb.
Xatırladaq ki, Rusiya Baş nazirinin müavini Tatyana Qolikova iyulun 24-də verdiyi məlumatda Türkiyə ilə Rusiya arasında uçuşların qarşılıqlı olaraq 1 avqustda başlayacağını bildirərək, "Rusiyadan uçuşlar 1 avust tarixindən etibarən İstanbul və Ankaraya, 10 avqustdan isə Antalya, Dalaman və Bodruma uçuşlar başlayacaq" ifadələrini işlətmişdi.
Bunu da qeyd edək ki, keçən il Rusiyadan Türkiyəyə 7 milyon turist gəlib. Bununla da Türkiyəyə gələn turistlər arasında birinci yeri alıb.
Bu arada Rusiya Federal Aviasiya Təşkilatından (Rosaviasiya) verilən məlumatda bildirilib ki, Rusiyada yenidən başlayan uçuşlar Rusiya və xarici hava yolu şirkətləri tərəfindən həm planlı, həm də çarter reysləri ilə həyata keçiriləcəkdir.



Әlaqәli Xәbәrlәr