"Türkiyə ilə İspaniya ticarət və iqtisadi əlaqələrini sürətləndirmək istədik", R.Pekcan

Hər iki ölkənin nazirləri videokonfransdan sonra Türkiyə-İspaniya I JETCO Toplantısının razılaşma mətnini imzaladılar və kameraya göstərdilər

1460576
"Türkiyə ilə İspaniya ticarət və iqtisadi əlaqələrini sürətləndirmək istədik", R.Pekcan

 

  Türkiyənin ticarət naziri Ruhsar Pekcan Türkiyə ilə İspaniya arasındakı ticarət və iqtisadi əlaqələrini sürətləndirmək istədiklərini söylədi.

  Videokonfrans yoluyla qatıldığı Türkiyə-İspaniya Ortaq İqtisadi və Ticarət Komitəsi (JETCO) yığıncağının imza mərasimində etdiyi çıxışında iki ölkə əlaqələrinin 1,5 əsrdir mükəmməl davam etdiyini xatırladan R.Pekcan deyib: "İki ölkənin tarixi münasibətlərinə yaraşan şəkildə ticarət və iqtisadi əlaqələri daha yüksək səviyyəyə aparmaq niyyətindəyik. Ona görə də Türkiyə və İspaniya arasındakı ticarət və iqtisadi əlaqələri sürətləndirmək istəyirik… JETCO mexanizmi çərçivəsində ölkələrarası bu əlaqələri - qarşılıqlı sərmayə, inşaat xidmətləri, üçüncü ölkələrdə ortaq iş, mədəniyyət, turizm, kənd təsərrüfatı, nəqliyyat, təhsil, elm və texnologiya sahələrində əməkdaşlıq mövzularını dərindən müzakirə etdik… JETCO-nun II toplantısının ən qısa zamanda üz-üzə reallaşdırılmasını və iş adamları da daxil olmaqla genişmiqyaslı iştiraka ümid edirik”.

  İspaniyanın sənaye, ticarət və turizm naziri İllera da öz növbəsində bunları söyləyib: “İki ölkənin sağlıq və turizm sahəsində əməkdaşlıq edə biləcəyik. Ticarət və sərmayə sahələrini də inkişaf etdirmək potensialı var… Epidemiya iqtisadiyyatlarımıza çox təsir etdi. Bu səbəbdən beynəlxalq ticarət layihələri çox əhəmiyyət daşıyır. Bütün bunlar epidemiyadan sonra iqtisadi canlanmada kilid rolunu oynayacaq."

  Hər iki ölkənin nazirləri videokonfransdan sonra Türkiyə-İspaniya I JETCO Toplantısının razılaşma mətnini imzaladılar və kameraya göstərdilər.



Әlaqәli Xәbәrlәr