"Türkiyə pandemiyadan sonra özünün sənayə gücü və dinamikliyilə yoluna davam edəcək"

Ticarət naziri Ruhsar Pekcan Türkiyənin yeni növ koronavirus epidemiya dövründə olduğu kimi, pandemiyadan sonra da yoluna davam edəcəyini söyləyib.

1459894
"Türkiyə pandemiyadan sonra özünün sənayə gücü və dinamikliyilə yoluna davam edəcək"

Ticarət naziri Ruhsar Pekcan Türkiyənin yeni növ koronavirus (Covid-19) epidemiya dövründə olduğu kimi, pandemiyadan sonra da dünyadakı digər ölkələrdən fərqlənərək mövcud sənaye həcmilə, bəşəri sərmayəsilə və dinamikliyi ilə sürətli şəkildə yoluna davam edəcəyini söyləyib.
Nazir Pekcan video konfrans vasitəsilə qatıldığı Beta Kimya AŞ GEBKİM şəhərciyinin təməl qoyma mərasimində etdiyi çıxışda deyib:
"Ölkə üçün strateji əhəmiyyətli bir sərmayənin təməl atma mərasimində olmaqdan məmnunluq duyuram. Dünyada qabaqlayıcı tədbirlərin tətbiq olunduğu 2019-cu ildə Türkiyə 8,5 milyard dollarlıq sərmayə cəlb etdi və 180,8 milyard dollarlıq ixrac reallaşdırdı. Epidemiyadan sonra da bu prosesindən ən sürətli şəkildə bu prosesdən yayınan ölkələr sırasında yerimizi alacağıq."
Nazir Pekcan Təməli qoyulan fabrikin bölgədəki ən böyük obyektlərdən biri olacağını vurğulayaraq "Fabrik eyni zamanda Türkiyədə idxal edilən məhsullarda əlavə dəyər yaradacaq və yeni bazarlara ixrac ediləcək. Ölkəmizdə avtomobil, tikinti və müdafiə sənayesi kimi sahələrdə bir çox ölkənin Türkiyəyə üz tutmasına imkan yaradacaq, 500 adamı məşğulluqla təmin edəcək" deyib. 



Әlaqәli Xәbәrlәr