Türkiyə Şərqi Aralıq dənizində qazma işləri üçün meydana girdi

Türkiyə Şərqi Aralıq dənizində bu dəfə qazma üçün meydanda olacaq: 18 iyul - 18 avqust tarixləri arasında bölgədə neft və təbii qaz axtarılacaq

1455631
Türkiyə Şərqi Aralıq dənizində qazma işləri üçün meydana girdi

 

  Türkiyə Şərqi Aralıq dənizində bu dəfə qazma üçün meydanda olacaq: 18 iyul - 18 avqust tarixləri arasında bölgədə neft və təbii qaz axtarılacaq.

  Ardıcıl manevrlərdən sonra Türkiyə Mavi Vətəndəki haqqlarına sahib çıxmaq üçün bir daha Şərqi Aralıq dənizində olacaq.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan etdiyi şərhdə bildirib: "Aralıq dənizindəki, Kiprdəki, Egeydəki haqqlarımızı və mənfəətlərimizi qorumağı sonuna qədər davam etdirəcəyik”.

  Şərqi Aralıq dənizində yeni qazma çalışması üçün “Navtex”, yəni dənizdəki seyr və fəaliyyət məlumatı yayımlandı. Məlumata görə, qazma fəaliyyəti 18 iyulda başlayacaq, 18 avqustda sona çatacaq.

  Şərqi Aralıq dənizindəki yeni qazma çalışması “Yavuz”, “Ertoğrul Bey”, “Osman Bey” və “Orhan Bey” adlı dörd gəmiylə aparılacaq. Təyin olunan sahələrdə 1 ay boyu təbii qaz və neft axtarılacaq.

  Türkiyə “Navtex” elanında "İş sahəsinə girilməməsi qətiyyətlə tövsiyə olunur" deyə xəbərdarlıq edib.



Әlaqәli Xәbәrlәr