Türkiyənin Liviyada neft və təbii qaz axtarışı əməkdaşlığı davam edəcək

Türkiyənin enerji və təbii qaynaqlar naziri Fateh Dönməz ölkənin Liviyada neft və təbii qaz axtarışında əməkdaşlıq fürsətlərini qiymətləndirib

1444882
Türkiyənin Liviyada neft və təbii qaz axtarışı əməkdaşlığı davam edəcək

 

  Türkiyənin enerji və təbii qaynaqlar naziri Fateh Dönməz ölkənin Liviyada neft və təbii qaz axtarışında əməkdaşlıq fürsətlərini qiymətləndirib.  

  İştirak etdiyi bir televiziya proqramında Liviyadakı neft və təbii qaynaqların əvvəlcə oradakı xalqın rifahı və inkişafı üçün istifadə edilməli olduğunu vurğulayan F.Dönmez deyib: “Türkiyənin Liviyada neft axtarış-arama fəaliyyətləri davam edəcək. Biz oradakı işlərimizi Liviya milli neft şirkətiylə birlikdə etməyi planlayırıq. Keçmişdə də bu şəkildə çalışmışıq. Bizimlə birlikdə hərəkət edə biləcəyimiz beynəlxalq neft şirkətləri də ola bilər. Onu zaman göstərəcək. Liviyadakı neft və təbii qaynaqlar xalqının rifahı və inkişafı üçündür. Orada “qazan, qazan” düsturuna söykənərək, daha əvvəllər də olduğu kimi, müxtəlif sahələrdə ortaq çalışmaq istəyirik."



Әlaqәli Xәbәrlәr