Türkiyənin 2020-ci ilin yanvar-may ayları dövründə ədviyyat ixracatı

Egey İxracatçılar Birliyinin (EİB) məlumatına görə

1444536
Türkiyənin 2020-ci ilin yanvar-may ayları dövründə ədviyyat ixracatı

 

  Türkiyədən 2020-ci ilin yanvar-may ayları dövründə edilən ədviyyat ixracatı keçən ilin eyni dövrünə görə təxminən 5 faiz artaraq 80 milyon dollarlıq olub.

  Egey İxracatçılar Birliyi (EİB) məlumatına görə, Türkiyə 2019-cu ildə ədviyyat ixracatından 175 milyon dollar əldə etmişdi.

  Qara dənə bibər (pul biber), darçın, qərənfil, cirə (kimyon), kəklikotu, cökə (ihlamur), adaçayı, dəfnə və onlarla məhsuldan ibarət ədviyyat ixracatında ilk sırada 11,5 milyon dollarla Amerika, ikinci 9 milyon dollarla Almaniya və üçüncü 6,5 milyon dollarla Çin gəlir.



Әlaqәli Xәbәrlәr