Türkiyədə 400-dən yuxarı mal üçün 20 faizə qədər əlavə gömrük vergisi tətbiq edir

Türkiyə prezidentinin İdxal Rejimi Qərarına Əlavə qərarı “Resmi Gazete”de dərc edilib

1444844
Türkiyədə 400-dən yuxarı mal üçün 20 faizə qədər əlavə gömrük vergisi tətbiq edir

 

  Türkiyədə idxalatda 400-dən yuxarı əşya üçün sentyabrın sonuna qədər dəyişən nisbətlərlə 20 faizə qədər əlavə gömrük vergisi tətbiq olunacaq.

  Türkiyə prezidentinin İdxal Rejimi Qərarına Əlavə qərarı “Resmi Gazete”de dərc edilib.

  Yeni tip korona virusu (Covid-19) epidemiyasının Türkiyə iqtisadiyyatı üzərindəki mənfi təsirlərinin azaldılması və yerli sənayenin artan idxalat  təzyiqinə qarşı qorunması məqsədiylə sənaye sektoru qurumları və firmalardan gələn tələblər diqqətə alınmaqla bəzi idxal məhsullarına əlavə gömrük vergisi tətbiq olunmasına dair qərar verildi. Qərara əsasən, tekstil, tökmə və qaynaq makinaları, dəzgahlar, preslər, kənd təsərrüfatı və yığım maşınları, nasoslar, gəmi kranları, qoşqular, kordon parça, limon turşusu, şüşələr, atəş kərpicləri, təhlükəsizlik kəmərləri, yapışqanlar, termostatlar, çəki-tərəzi alətləri və cihazları, pariklər, qar təmizləyənlər, sobalar, avarlar, dəmir poladdan əşyalar, kabellər, qiymətli bəzək əşyaları və bəzi müxtəlif məhsulları əhatə edən 400-dən çox məhsul sentyabrın 30-dək müvəqqəti olaraq məhsul bazasında dəyişən nisbətlərlə 20 faizədək, bu tarixdən sonra isə 10 bala qədər aşağı nisbətlərdə əlavə gömrük vergisi tətbiq olunacaq.

  Ticarət Nazirliyi qərardakı xüsusi və zəruri vəziyyətləri araşdıraraq nəticə qəbul edə biləcək.

  Qərarda qeyd edilən bu və digər maddələr 30 sentyabra qədər etibarlı olacaq.



Әlaqәli Xәbәrlәr