"Türkiyə dünyanın ən böyük 10 iqtisadiyyatı arasına girmə hədəfinə çox yaxınlaşdı", R.T.Ərdoğan

Qars Anbarının (Kars Barajı) açılış mərasimində etdiyi çıxışında R.T.Ərdoğan deyib...

1439849
"Türkiyə dünyanın ən böyük 10 iqtisadiyyatı arasına girmə hədəfinə çox yaxınlaşdı", R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin dünyanın ən böyük 10 iqtisadiyyatı arasına girmə hədəfinə çox yaxın olduğunu bildirib.

  Qars Anbarının (Kars Barajı) açılış mərasimində etdiyi çıxışında R.T.Ərdoğan deyib: "Hakimiyyətə gəldiyimiz zaman Türkiyədə cəmi 276 anbar var idi. Bu gün isə ölkəmizə son 18 ilimizdəki 585-ci anbarı qazandırırıq. Şəhərlərimizi anbarlar, hidroelektrik stansiyalar, içməli su sistemi, suvarma kanallarıyla təchiz edərək xalqımızın rifah səviyyəsini daim yüksəldirik.

  Türkiyənin demokratiya və iqtisadiyyat yolunda qət etdiyi məsafənin ən konkret nəticələrini yeni tip korona virusu (Covid-19) epidemiyası dövründə gördük. İnkişaf etmiş ölkələrin belə çarəsiz qaldığı epidemiya müddətinə həm sağlıq infrastrukturumuz, həm qida və təmizlik tədarükü zəncirimiz, həm də ictimai təhlükəsizlik xidmətimizlə nümunəvi şəkildə sinə gərdik.

  İqtisadiyyatda daralma siqnalları olduqca çox gəlir. 2020-ci ilin ilk rübünü – xüsusən mart ayının mühüm hissəsini epidemiya ilə mübarizəyə həsr etməyimizə baxmayaraq, 4,5 faizlik bir inkişaf nisbəti əldə etdik. Mərkəz Bankı kurs ehtiyatımızı yenidən 93 milyard dolların üzərinə çıxardı. İlin ikinci yarısıyla birlikdə iqtisadiyyatımızda həqiqətən çox böyük sıçrayış gözləyirik. Türkiyəni dünyanın ən böyük 10 iqtisadiyyatı arasında görmə hədəfimizə heç olmadığımız qədər yaxınıq."



Әlaqәli Xәbәrlәr