Türkiyədə təqdim olunan təhlükəsiz turizm xidmətləri dünyaya göstəriləcək

Türkiyədə təqdim olunan turizm xidmətləri, “Yenidən kəşf et” tanıtım fəaliyyəti ilə dünyaya göstəriləcək.

1438234
Türkiyədə təqdim olunan təhlükəsiz turizm xidmətləri dünyaya göstəriləcək
Turkiye turizm.jpg
ANTALYA CORONAVIRUS (14).jpg
Antalya.jpeg
antalya.jpg

Türkiyədə təqdim olunan turizm xidmətləri, “Yenidən kəşf et” tanıtım fəaliyyəti ilə dünyaya göstəriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin yazılı açıqlamasında, Türkiyənin Avropada təhlükəsiz turizm sənədi sistemini həyat keçirən ilk ölkə olduğu bildirilib.

Açıqlamada, Türkiyənin yeni növ koronavirus (Covid-19) dövründə təqdim edəcəyi turizm xidmətini, “Yenidən kəşf et” tanıtım fəaliyyəti ilə dünyaya göstərməyə hazırlaşdığı vurğulanıb.

Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoyun Türkiyəyə ən çox turist göndərən ölkələrlə həyata keçirdiyi diplomatik danışıqlardan sonra, Nazirliyin bu 60 ölkənin səfirlərini və beynəlxalq media nümayəndələrini Antalyada qonaq edəcəyi qeyd edilib.

Turizm sektorunun nümayəndələrinin nazir Ersoyun rəhbərliyi ilə həm səfirlərlə, həm də Türkiyədə fəaliyyət göstərən beynəlxalq media nümayəndələri ilə bir araya gələcəyi deyilən açıqlamada, görüşün 19-20 iyun tarixləri arasında reallaşacağı bildirilib.

Türkiyədə “Təhlükəsiz Turizm Sənədi” alan təsisatların istifadə etdikləri sistemlərin tanıdılacağı proqramla beynəlxalq qonaqlara təhlükəsiz istirahət xidmətini yerində yoxlamaq imkanı veriləcək.

Qonaqlar iki gün davam edəcək tanıtım proqramı çərçivəsində təyyarələrdə və hava limanlarında görülən tədbirlərdən tutmuş, mümkün sağlamlıq problemləri halında göstəriləcək xidmətlərə qədər bütün məlumatları yerindəcə izləyəcəklər. Səfirlər və beynəlxalq media nümayəndələri, Türkiyənin turistlərə təqdim edəcəyi xidməti, qaldıqları oteldə sınaqdan keçirəcəklər.



Әlaqәli Xәbәrlәr