“İstehsal, ticarət və turizm yenidən canlanır”, R.T.Ərdoğan

Dünyada həddindən artıq maliyyələşmə ictimai və insan xərclərinin diqqətə alınmadığı obez bir iqtisadi model ortaya qoyub

1435717
“İstehsal, ticarət və turizm yenidən canlanır”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni tip korona virusu (Covid-19) müddətində normallaşmaya keçidlə istehsal, ticarət və turizmin canlandığını söylədi.

  XII Beynəlxalq İslam İqtisadi və Maliyyə Konfransında Türkiyənin bu epidemiya dövrünü ən az ziyanla sovuşduran ölkələr arasında olduğunu vurğulayan Ərdoğan çıxışı zamanı deyib: "Bu müddət ərzində iqtisadi olaraq müştəbeh ölkələrin öz vətəndaşlarını tibbi maska ilə belə təmin etməkdə çətinlik çəkdiyini, minimum səhiyyə xidmətlərini yerinə yetirə bilmədiklərini gördük. Biz öz vətəndaşlarımızın ehtiyaclarını qarşılamaqla yanaşı dünyanın 125 ölkəsinə də tibbi yardım etdik.

  Məşğulluq rəqəmlərində müsbətdən düşmədik. 2020-ci ilin ilk rübündə inkişaf rəqəmlərində 4,5 faizlə Türkiyə təkcə sağlıq deyil, iqtisadiyyatda da digər ölkələrdən fərqləndiyini göstərdi. Normallaşma təqvimini həyata keçirincə isə istehsal, ticarət və turizm yenidən canlanmağa başladı.

  Obyektivliyini və inandırıcılığını itirmiş kredit dərəcələndirmə qurumlarının təxminləri isə çox zaman olduğu kimi, yenə özünü doğrultmur.

  İslam iqtisadı böhrandan çıxışın açarıdır.

  Dünyada həddindən artıq maliyyələşmə ictimai və insan xərclərinin diqqətə alınmadığı obez bir iqtisadi model ortaya qoyub. Uzun vədəli böyük infrastruktur sərmayələrinin maliyyəsi üçün sukuk (İslami maliyyə qaynaqlı nümunə) kimi məhsulların istifadəsinin yayılması lazımdır.

  Qitələrin və mədəniyyətlərin qovşağında olan İstanbulumuzu İslam maliyyə və iqtisadiyyatının mərkəzi etmək istəyirik."



Әlaqәli Xәbәrlәr