Türkiyədən Rusiyaya 2020-ci ilin ilk yarısında tər meyvə və tərəvəz ixracatı

Şərqi Qaradəniz İxracatçılar Birliyinin (DKİB) məlumatlarına əsasən

1434014
Türkiyədən Rusiyaya 2020-ci ilin ilk yarısında tər meyvə və tərəvəz ixracatı

 

  Türkiyədən Rusiyaya bu ilin yanvar - may ayları dövründə 288 milyon 926 min 327 dollarlıq tər meyvə və tərəvəz ixrac edilib.

  Şərqi Qaradəniz İxracatçılar Birliyinin (DKİB) məlumatlarına əsasən, 2020-ci ilin yanvar - may ayları dövründə Rusiya Federasiyasına 396 min 449 ton tər meyvə və tərəvəz satılıb. Keçən ilin eyni dövründə bu ölkəyə 229 milyon 774 min 830 dollar qarşılığı 314 min 569 ton tər meyvə və tərəvəz göndərilmişdi. Sözügedən dövrlər müqayisə edildiyində Rusiyaya tər meyvə və tərəvəz ixracatının dəyəri 25,7, miqdarı 26 faiz artıb.

  Mandarin, pomidor və limon Rusiyaya ən çox ixrac edilən məhsullardır. Rusiyaya ilin ilk 5 ayında 50 milyon 790 min 424 dollar qarşılığı 83 min 119 ton mandarin ixrac edilib. Keçən ilin eyni dövründə isə 60 min 284 tonluq mandarin ixracatından 33 milyon 909 min 137 dollar əldə olunmuşdu.

  İxracatda mandarindən sonra 50 milyon 545 min 520 dollarla pomidor, 30 milyon 826 min 218 dollarla limon gəlir.



Әlaqәli Xәbәrlәr