"Türkiyə-Afrika ortaqlığı yeni nizamda daha nümunəvi olacaq", M.Çavuşoğlu

5 May Afrika Günü münasibətilə Afrikada bir sıra mətbuat orqanları üçün "Afrikayla birlik indi hər zamankindən daha mühümdür" başlıqlı məqalə dərc etdirən M.Çavuşoğlu yazıb...

1423180
"Türkiyə-Afrika ortaqlığı yeni nizamda daha nümunəvi olacaq", M.Çavuşoğlu

 

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Afrika ortaqlığının korona virusu (Covid-19) epidemiyasından sonra yeni nizamda nümunə göstərəcəyinə inandığını söylədi.

  25 May Afrika Günü münasibətilə Afrikada bir sıra mətbuat orqanları üçün "Afrikayla birlik indi hər zamankindən daha mühümdür" başlıqlı məqalə dərc etdirən M.Çavuşoğlu yazıb: “Bütün afrikalılar 25 May Afrika Gününü qeyd edir. “Covid-19” epidemiyasının dünyanın hər yerində ortaya çıxardığı fövqəladə şərtlər zamanı belə Türkiyə - Afrika əlaqələrinin illərlə qazanılan dəyərinin qarşılıqlı hörmət təməli üzərində irəliyə doğru getdiyini səngidə bilmədi.

  Türkiyə Afrika ilə ortaqlığının başlanğıcından qitənin özü üçün təyin etdiyi hədəfləri şərtsiz dəstəkləmə siyasətini seçib. Bizim ortağı olmaqdan qürur duyduğumuz Afrika 1963-cü il ruhunun və Afrika Birliyinin 2063 hədəflərinin Afrikasıdır.

  Başda Birləşmiş Millətlər Təşkilatı olmaqla, Türkiyənin üzvü olduğu digər qurumlarda da Afrikanın prioritetlərini gözləməyə davam edəcəyik. Bu anlayışla III Afrika-Türkiyə Ortaqlığı Zirvə Toplantısını ən qısa müddətdə reallaşdırmağı arzu edirik. 2016 və 2018-ci illərdə İstanbulda təşkil edilən və müvəffəqiyyətlə nəticələnən Türkiyə-Afrika İqtisadiyyat və İş forumlarının üçüncüsünü oktyabr ayında etməyi planlarırıq.

  “Covid-19” dünyanı hazırlıqsız yaxaladı. Bir çox ölkəyə kömək əlini uzadan Türkiyə dost Afrika ölkələrindən gələn və gələcək istəklərə də hər zaman cavab verməyə hazırdır.”



Әlaqәli Xәbәrlәr