Avropa İttifaqı pandeyimanın iqtisadi nəticələrilə mübarizə üçün hansı addımları atacaq?

Avropa İttifaqı (Aİ) Komissiyası yeni növ koronavirusun iqtisadi nəticələrinə qarşı mübarizə aparmaq üçün adımlar atacaq.

1420161
Avropa İttifaqı pandeyimanın iqtisadi nəticələrilə mübarizə üçün hansı addımları atacaq?

Avropa İttifaqı (Aİ) Komissiyası yeni növ koronavirusun iqtisadi nəticələrinə qarşı mübarizə aparmaq üçün bir trilyon avrodan artıq xilasetmə fondu yaratmağı təklif edəcək.
Aİ Komissiyasının böyük vitse-prezidenti Valdis Dombrovskis Aİ üzvü ölkələrin iqtisadiyyat və maliyyə nazirlərinin videokonfrans vasitəsilə keçirdiyi iclasın sonunda açıqlama verib.
Dombrovskis Aİ Komissiyanın üzərində işlədiyi xilasetmə proqramının detallarını 27 mayda elan edəcəyini bildirərək, "Hədəfimiz yüz milyardlarla avroluq deyil, trilyon avrodan çox maliyyələşdirmə qabiliyyətinə malik bir xilasetmə proqramını yaratmaqdır" deyib. 
Bərpa proqramına müxtəlif investisiyaların və struktur islahatlarının daxil olacağını deyən Dombrovskis proqramın üzv ölkələrə qrant və kreditləri də əhatə edəcəyini söyləyib.



Әlaqәli Xәbәrlәr