Türk Şurası üzvləri arasında yerli valyutalarla ticarət nəyin qarşısını ala bilər?

Türk Şurası üzvləri arasında yerli valyutalarla ticarətin yayılması iş dünyasının xarici valyuta axtarışının qarşısını alacaq

1412191
Türk Şurası üzvləri arasında yerli valyutalarla ticarət nəyin qarşısını ala bilər?

 

  Türk Şurası üzvləri arasında yerli valyutalarla ticarətin yayılması iş dünyasının xarici valyuta axtarışının qarşısını alacaq.

  Türkiyənin ticarət naziri Ruhsar Pekcan videokonfrans yolu ilə Türk Şurasına üzv ölkələrin iqtisadiyyat, ticarət və gömrük nazirləri ilə danışıb. Söhbət zamanı R.Pekcan Türk Şurası üzvləri arasında yerli valyutalarla ticarətin genişlənməsinin iş dünyasının xarici valyuta axtarışının qarşısını alacağını söyləyib. Nazir onu da deyib ki, bu ölkələr xarici ticarətdə dəmir yollarından daha effektiv istifadə etmək birlikdə hərəkətə keçməlidir. "Türk Şurasının üzvləri olaraq ikitərəfli və regional ticarət xidmətləri, investisiya və e-ticarət sövdələşmələrinə üstünlük verməliyik", - Ruhzar Pekcan qeyd edib.  



Әlaqәli Xәbәrlәr