Rusiyaya mandarin ixracı ilin ilk rübündə artdı

Yanvar-mart dövründə reallaşan bu ixracatdan 49 milyon 834 min 922 dollar gəlir əldə edilib.

1402684
Rusiyaya mandarin ixracı ilin ilk rübündə artdı

Türkiyədən ilin ilk rübündə Rusiya Federasiyasına 81 min 776 ton mandarin ixrac edildi.
Şərqi Qara dəniz İxracatçıları Birliyinin məlumatına görə, yanvar-mart dövründə reallaşan bu ixracatdan 49 milyon 834 min 922 dollar gəlir əldə edilib.
Türkiyədən Rusiyaya keçən ilin müvafiq dövründə də 59 min 725 ton mandarin ixracatı edilərək 33 milyon 549 min 324 dollar gəlir əldə edilmişdi.
Beləliklə, Rusiyaya mandarin ixracı keçən ilin müvafiq dövrü ilə müqayisədə miqdar əsasında 37 faiz və dqiymət olaraq 49 faiz artıb.



Әlaqәli Xәbәrlәr