OPEC+ ölkələri neft hasilatının azaldılması barədə razılığa gəldilər

OPEC və OPEC üzvü olmayan xam neft istehsal edən ölkələr (OPEC +) mayın 1-dən iyunun 30-dək gündəlik xam neft hasilatını gündəlik 10 milyon barel azaldacaq.

1396639
OPEC+ ölkələri neft hasilatının azaldılması barədə razılığa gəldilər

Neft İxrac Edən Ölkələr Təşkilatı OPEC və OPEC üzvü olmayan xam neft istehsal edən ölkələr (OPEC+) mayın 1-dən iyunun 30-dək gündəlik xam neft hasilatını gündəlik 10 milyon barel azaldacaq.
OPEC+ ölkələrinin telekonfranslar vasitəsilə təşkil etdiyi 10-cu Fövqəladə Nazirlərin Toplantısı başa çatıb.
OPEC baş katibi Məhəmməd Barkindo aprelin 10-u tarixində qəbul edilən alınan neft hasilatının azaldılması ilə bağlı qərarın həyata keçiriləcəyini söyləyib.
Buna görə OPEC+ gündəlik xam neft hasilatını mayın 1-dən iyunun 30-dək 10 milyon barel azaldacaq.
Sözügedən azaltma qərarı təşkilatın ən böyük ixtisar olaraq tarixə düşəcək.
ABŞ prezidenti Donald Tramp özünün “Twitter” hesabında  "OPEC+ ölkələrilə böyük neft sazişi qəbul edildi. Bu, ABŞ-da enerjilə bağlı minlərlə məşğulluq işini xilas edəcəkdir. Rusiya və Səudiyyə Ərəbistanını təbrik edirəm" ifadəsini işlədib.

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül Əziz əl-Səuda təşəkkür edib.

Ağ Evdən verilən məlumata görə, Tramp deyib:

"OPEK+la böyük neft razılaşması əldə olundu. Bu razılaşma ABS-da enerji sahəsilə bağlı olan yüz minlərlə işi xilas edəcək. Mən Rusiya Prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının kralı Salmana təşəkkür edirəm və onları təbrik edirəm. Mən  onlarla telefonla danışdım. Bu, hər kəs üçün böyük razılaşmadır".



Әlaqәli Xәbәrlәr