Avropa İttifaqı maliyyə yardım dəstək paketini açıqladı

Yazılı şərhə görə, Aİ Komissiyasının qəbul etdiyi qərarın əsas məqsədi hazırkı sağlıq böhranında ortaq ölkələrə dəstək olmaqdır.

1394323
Avropa İttifaqı maliyyə yardım dəstək paketini açıqladı

 

  Avropa İttifaqı yeni növ korona virusu (Covid-19) ilə mübarizədə tərəfdaş ölkələrə dəstək olmaq üçün 15,6 milyard avro maliyyə yardım paketini elan etdi.

  Yazılı şərhə görə, Aİ Komissiyasının qəbul etdiyi qərarın əsas məqsədi hazırkı sağlıq böhranında ortaq ölkələrə dəstək olmaqdır.

  15,6 milyard avroluq maliyyə yardımı ölkələrin su və sanitariya sistemlərini, virus araşdırması və hazırlıq qabiliyyətlərini dəstəkləmək, epidemiyanın sosial-iqtisadi təsirlərini azaltmağa gedəcək. Bu puldan Afrika ölkələrinə 3,25, Qərbi Balkanlara isə 3,8 milyard avro yardım ediləcək.

  Aİ Komissiyasının sədri Ursula von der Leyen deyib: "Virus sərhəd tanımır. Bu qlobal mübarizəyə güclü beynəlxalq əməkdaşlıq lazımdır."



Әlaqәli Xәbәrlәr