Türkiyənin fındıq ixracı mart ayında 53,3 faiz artdı

Dünyada tüğyan edən yeni növ koronavirus (Covid-19) epidemiyasına baxmayaraq Türkiyənin fındıq ixracı keçən ay 53,3 faiz artıb.

1393137
Türkiyənin fındıq ixracı mart ayında 53,3 faiz artdı

Dünyada tüğyan edən yeni növ koronavirus (Covid-19) epidemiyasına baxmayaraq Türkiyənin fındıq ixracı keçən ay 53,3 faiz artıb.
Mart ayında fındıq və fındıqdan hazırlanan məhsullar üzrə sektorun ümumi ixracı 136 milyon dollardan 209 milyon dollara yüksəlib.
Sektorda ixrac artımı ilin ilk üç ayında da davam edib. Bu çərçivədə 2019-cu ilin yanvar-mart dövründə 432,8 milyon dollar olan fındıq və məhsulları sahəsindəki sektorun ixracı bu ilin mavafiq dövründə 28,7 faiz artaraq 557 milyon dollar təşkil edib.
Son 12 ayda ümumi fındıq ixracı 30,2 faiz artaraq 1,6 milyard dollardan 2,1 milyon dollara çıxıb.
Türkiyədən ən çox fındığı alan ölkələr isə xüsusilə Avropa İttifaqına üzv ölkələridir.



Әlaqәli Xәbәrlәr